Otel Telefonları

Otel telefonları adi telefonlarla müqayisədə, onları unikal edən bir sıra xüsusiyyət və üstünlüklərə malikdir. Bu telefonlar otağa yemək sifariş etmək, otağı təmizləmək, resepşına zəng  və s. bu kimi mehmanxana xidmətlərinə sürətli çıxış üçün xüsusi düymələrlə təchiz olunub. İntensiv istifadə şərtlərini  nəzərə alaraq otel telefonları möhkəm və zədələnməyə davamlı materiallardan hazırlanır. Otel telefonları həmçinin otel idarəetmə sistemləri (PMS) ilə əlaqələndirilə bilər ki, bu da idarəetməni və uçotu asanlaşdırır.

Otel telefonlarının texniki imkanları, modellərin seçimi və quraşdırılması ilə bağlı peşəkar məsləhət almaq üçün şirkətimizlə əlaqə saxlayın.